23 Noyabr 2024 08:12

29 ildən sonra Ağalı kəndində ilk dərs günü

Azadsöz.az xəbər verir ki, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak edir.

Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul