Azadsöz.az xəbər verir ki, XIV Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalının hansı şəhərlərdə təşkil olunacağı açıqlanıb.
Bu barədə mədəniyyət naziri Anar Kərimov “Tvitter” hesabında paylaşım edib.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixlərində keçiriləcək festivalda 14 ölkənin musiqiçiləri Bakı, Gəncə, Bərdə, Ağcabədidə çıxış edəcəklər. Eyni zamanda musiqiçilər Şuşada çıxış edəcəklər.