Azadsöz.az xəbər verir ki, incə duyğularla ədəbiyyata gələn gənc qiraətçi və şairə Günel Əliyeva qələmə aldığı, səsləndirdiyi şeirləri ilə poeziyaya sönməz məhəbbət çırağı yandırmağı bacarıbdır.Onun yaradıcılığında ali ülviliyi görmək könül dünyasının zənginliyindən xəbər verir.
Bu gün sizlərə təqdim edəcəyimiz Şairə xanımın qələmə aldığı “Ana Olmayan Qadın” şeiri Azərbaycan poeziyasında qələmə alınan ilk aktual olan mövzudur.Günel xanım bu səpkidə yazmaqla artıq geniş oxucu kütləsini qazanıbdır. Ana olmaq həsrətində olan xanımların hiss və duyğularını poeziya ilə özünəməxsus şəkildə oxucularına təqdim edib.Şeirdə gələn kövrək duyğuların harmoniyasını fərqli formada dinləyicilərinə çatdırmağı bacarıb, misralardakı poetik yükün rəngarəng çalarlarını sezməmək olmur:
Haqqında bəhs etdiyimiz şeiri sizlərə təqdim edirik: