Azadsöz.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov avqustun 9-da Göyçay rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qeyd edək ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.