23 Noyabr 2024 09:04

Sabir Babayevin köməyə ehtiyacı var: GƏLİN SUSMAYAQ

Azadsöz.az  xəbər  verir  ki,  21.05.1997-ci ildə Göyçay  rayonunda  anadan olan Atatürk  küçəsində  yaşayan  Babayev Sabir  Eldar  oğlunun köməyə  ehtiyacı  var. Sabir Babayev  anadan olduqdan 3 gün  sonra  xəstəxanada tibbi  bacısı  tərəfindən  əldən  düşmə  nəticəsində qapalı kəllə-beyin  travması almış,  beyində  daxili  qansızma əmələ gəlmişdir.Uzun  müddət  müalicə  olunmağına  baxmayaraq  müsbət  nəticə  əldə  olunmayıbdır.

Sabirin  atası  bildirir  ki, son  illərdə oğlunda  qıcolma və  epileptik  halların çoxalması  müşahidə  olunduğundan 21.10.2021-ci il  tarixdə ətraflı  yoxlanmaya  aparılıb, nəticədə  qıcolma ocaqlarının böyüməsi və  dərinləşməsi,epileptiform  dəyişiklərin  aşkarlanması, sol  təpə sümüyündə, beyin qapağının  altında  təxminən 17 x 12 x 19 mm ölçüdə  törəmə ( şiş)  diaqnozu qoyulub.

Bildirək  ki,  Sabir Babayevin  xəstəliyinin müayinə  və  əməliyyatı  Moskvada  Bexterev  adına  “Beyin İnstitutunda” mümkündür.Açıq kəllə – beyin əməliyyatının aparılması üçün təxminən 100 000 manat civarında pul lazımdır. Xəstəliyə qarşı olan gücü kimi imkanları da tükəndiyindən qeyd  olunan  ünvana  gedib, şəfa  tapa  bilmir.Sabir  xeyirxah, yardımsevər şəxslərdən yardım gözləyir. 

Gəlin  unutmayaq  ki, hər  birimiz  bu  fani  dünyada  qonağıq.Haqq  dünyasına  aparacağımız  yalnız  xoş  əməllərimiz  olacaq. Bir  gənci xəstəliyin  əlindən  qutarmaq  üçün  hər  kəsi  yardım  etməyə  səsləyirik. 


İnanırıq ki, Sabir Babayevin  ümid  dolu  səsinə  səs  verib, köməyinə gələn tapılacaq.

 

Əlaqə:0557897815

Əlaqə:0518820373

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul