Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Potu kəndinə gedən yolda mövcud olan problem müsbət həllini tapıb.
Belə ki, qış aylarında həm nəqliyyat vasitələrinin, həm də piyadların rahat şəkildə gediş-gəlişinin təmin etmək üçün Göyçay rayonu Mübariz Məmmədov adına Potu kənd tam orta məktəbin yoluna və Yerəvanlı məhləsinə çınqıl döşənərək hamarlanıb.
Qeyd edək ki, yol infrastrukturunun düzgün şəkildə qurulması və vətəndaşların rahatlığını təmin etmək məqsədilə rayonun mərkəzində, kəndlərində zəruri tədbirlər görülməkdədir.