Azadsöz.az xəbər verir ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.
Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.
Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.