19 Sentyabr 2024 04:54

Şəhid Qeys Baxışovun şəhadətindən 30 il ötür

Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qeys Baxışovun şəhadətindən 30 il ötür. 

Qeys Dövlətxan oğlu Baxışov 1973-cü ildə Göyçay rayonunun Çərəcə kəndində anadan olub. Kənd orta məktəbi bitirəndən sonra 106 N-li texniki-peşə məktəbində traktorçu – maşinist peşəsinə yiyələnib.

Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün 1992 – cü ilin martında cəbhə bölgəsinə yola düşüb.1992-ci il avqustun 3 – də Tərtər istiqamətində gedən  döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı Çərəcə kənd məktəbi qəhrəmanın adını daşıyır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com