22 Noyabr 2024 04:07

Göyçay rayonunun Hacalıkənd kəndində zəbt olunmuş örüş sahəsi sakinlərin istifadəsinə verildi-VİDEO

Azadsöz.az xəbər verir ki,  Göyçay  rayonunun Hacalıkənd kəndində zəbt olunmuş örüş otlaq  sahəsi  ilə  bağlı  kənd  sakinlərinin   haqlı müraciətləri  nəhayət  öz  müsbət həllini  tapıb.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin, Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyə  sədrinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göyçay Rayon Şöbəsinin əməkdaşlarının birgə  iştirakı  əsasında  sözügedən  əraziyə  baxış  keçirilib.Ümumi otlaq sahalərinin zəbt olunmuş ərazilər  açılaraq  təyinatı üzrə  kənd  sakinlərinin istifadəsinə verilib.

Qeyd  edək ki, bu cür özbaşınalıqların yenidən baş  verməməsi üçün qanunvericiliyə əsaslanan maarifləndirmə işləri görüləcək və belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

 

 

 

İstanbul trv istanbul travestileri