18 May 2024 10:09

Göyçay rayonunun Şahsoltanlı kəndində növbəti səyyar qəbul keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 28 iyulda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin növbəti səyyar qəbulu qrafikə uyğun olaraq  Qaraməryəm  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Şahsoltanlı kəndində keçirilib.

Səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

İlk öncə Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin,veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan, Şahsoltanlı kəndinin  eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Səyyar qəbulda kənd sakinləri  torpaq payının sənədləşdirilməsi, içməli su təchizatı, internet, elektrik enerjisi, tibb  məntəqəsi ilə bağlı rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.