18 May 2024 12:23

Göyçayda ümumrayon iməcliyi keçirildi

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun giriş hissəsində, Qarabaqqal, Cəyirli, Ləkçıplaq, Yalman, Potu və Şəhadət kəndlərində yay mövsümü ilə əlaqədar növbəti ümumrayon iməcliyi təşkil olunub.

İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Abadlaşdırma Təmir, Sanitar -Təmizlik, Mənzil İstismar İdarələrinin əməkdaşları iştirak ediblər.

Rayonun  mərkəzi  giriş  hissəsi, kəndlərin  ərazisi alaq otlarından, arxlar məişət tullantılarından, lil və çöküntülərdən təmizlənib, kol-kos, qurumuş  ot örtüyü biçilərək səhmana salınıb.

Ekoloji tarazlığının qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından keçirilən iməclikdə idarə və təşkilatların əməkdaşları böyük ruh yüksəkliyi ilə iştirak ediblər.