20 May 2024 06:04

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

Azadsöz.az  xəbər  verir  ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Ümumilikdə 7 iş günündə keçirilən imtahanlarda 44 363 nəfər namizəd iştirak edib. 

Tes imtahanları Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Bu mərhələdə iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

Qeyd  edək ki, növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.