09 May 2024 05:15

Fərqliliyimiz Uğurumuzdur

Barselonadan növbəti qələbə

Azadsöz.az  xəbər  verir  ki, ABŞ-ın Las Veqas şəhərindəki “Allegiant” stadionunda keçirilən görüşdə İspaniyanın “Barselona” və “Real” klubları yoxlama oyunu üçün  üz-üzə gəliblər.

Oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, “Barselona” La Liqanın 1-ci turunda avqustun 13-də “Rayo Valyekano”nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra “Almeriya”nın qonağı olacaq.