Azadsöz.az xəbər verir ki, “Mançester Yunayted”in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində “Barselona”ya keçməyəcək.
Bu barədə “Mirror” məlumat yayıb. Kataloniya klubu 37 yaşlı hücumçunun xidmətində maraqlı deyil.
Bundan əvvəl Ronaldonun 2022/2023 mövsümündə Çempionlar Liqasında çıxış edəcək komandaya keçməyi planlaşdırdığı bildirilirdi. Hücumçunu almaq istəyənlərin arasında “Barselona”, PSJ, “Atletiko” və “Çelsi” və “Bavariya”nın olduğu qeyd edilmişdi.
Qeyd edək ki, Ronaldo 2021-ci ildən “Mançester Yunayted”də oynayır. Portuqaliyalı forvard ilə klub arasında müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub.