Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda taxıl biçini kampaniyasi sona çatıb, zəmilərdən 42min 5 ton “sarı kəhrəba” istehsal edilib.
Cari mövsümdə Göyçayda 6200 hektarı buğda, 6142 hektarı arpa olmaqla 12342 hektarda taxıl yetişdirilib. Biçinə mütəşəkkil hazırlıqlar başlanmış, zəmilərə hər gün 45-dən çox kombayn cəlb olunub.
Qeyd edək ki, taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər son illərdə əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı sortlardan istifadə olunmasına xüsusi diqqət yetirirlər. 8300 hektar suvarılan, 4042 hektar dəmyə torpaq sahələrində yetişdirilən taxıl zəmilərində hər hektardan orta məhsuldarlıq 34 sentner olub. Bəzi ərazilərdə, o cümlədən Çərəkə, Qaraməryəm, Potuda məhsuldarlıq daha yüksəkdir.