Azadsöz.az xəbər verir ki, 19 iyulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək ev təsərrüfatlarının uçotu işinin başa çatdırılması, uçot işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, müvəqqəti qaib şəxslər haqqında məlumatların bir daha dəqiqləşdirilməsi, nümayəndəlik ərazisində qeydiyyatsız yaşayanların uçota alınması, mövcud siyahıların dürüstləşdirilərək yekunlaşdırılması, su xətlərinə qanunsuz qoşulmaların qarşısının alınması, “Göyçay” qəzeti üçün nəzərdə tutulmuş abunəlik haqqının ödənilməsi, kəndlərdə su pulunun 01 avqusta kimi ödənilərək başa çatdırılması və yaşayış evlərinin icbari sığortası, şəhid ailələrinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə göstərilməsi, kəndlərdə və rayonun mərkəzində məişət tullantılarının vaxtında toplanması və daşınması ilə bağlı məsələlərə toxunub.
Müşavirədə mövcud problemlərin və onların aradan qaldırılması ilə bağlı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə tapşırıqlar verilib.Görüləcək işlər təhlil olunaraq müzakirə olunub.