Azadsöz.az xəbər verir ki, 19 iyulda Göyçay rayon icra hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev növbəti dəfə vətəndaşları qəbul edib.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Müraciət edən vətəndaşlar onlara maddi yardım, işlə təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılması və torpaq sahəsinin verilməsi üçün köməklik göstərilməsini bildiriblər.
Qəbulda hər bir vətəndaşı dinləyən rayon rəhbərliyi müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.