19 Sentyabr 2024 20:18

“Azərbaycan Ordusunun Qəhrəman oğlu Vidadi Xəlilov -40” adlı tədbir keçirildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 15 iyul 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun ad gününə həsr olunmuş “Azərbaycan Ordusunun Qəhrəman oğlu Vidadi Xəlilov -40” adlı tədbir keçirildi.

Mərasimdə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, I və II Qarabağ döyüşlərinin iştirakçısı Bayram Vəliyev, Rəsul Rza ev-muzeyinin direktoru Solmaz Həsənova, Vidadi Xəlilovun müəllimi Mehriban Mütəllimova , kitabxananın əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları, qonşuları və ailə üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Şəhidimizin qızı Zəhra Xəlilzadə atasına həsr etdiyi “Qubadlı fatehi” adlı şeirini səsləndirib.
Sonra şəhidin anası Əminə Məmmədova, Sahib Şükürov, Eldəniz Rüstəmov, Bayram Vəliyev, Mərkəzi Kitabxananın direktoru şəhidin həyat yoldaşı Nərmin Xəlilova və digərləri çıxış edərək şəhidimizin qorxmazlığından, mənalı həyat yolundan xatirələr söyləyiblər. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə və ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Tədbirin sonunda şəhidə həsr olunmuş sərgiyə baxış keçirilib və xatirə şəkili çəkilib.Bir 1 kişi görseli olabilir

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com