22 Noyabr 2024 05:25

Göyçayın sabiq İH başçısının köməkçisindən- XƏBƏR VAR

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının sabiq köməkçisi Vahid İsayevin cinayət işi üzrə istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Vahid İsayev dələduzluqda və rüşvət verməyə təhrik etmə maddəsi ilə şübhəli bilinib. O, hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayında saxlanılıb.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib. Vahid İsayev də Mehdi Səlimzadənin köməkçisi olub.

İstanbul trv istanbul travestileri