Azadsöz.az xəbər verir ki, 14 iyul 2022-ci il tarixdə Göyçay rayonunun Türkmən kəndində səyyar qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İlk öncə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin,veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan, Türkmən kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən, həmçinin görüləcək işlərdən danışıb.
Səyyar qəbulda kənd sakinləri yol, suvarma arxlarının qazılması, içməli su təchizatı ilə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.