16 Sentyabr 2024 23:10

Göyçayda avtomobil yandı

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Yalman kəndi ərazisində hərəkətdə olan minik avtomobili yanıb.

1977-ci il təvəllüdlü Hacıyev Samir Savalan məxsus 90-LK-136 dövlət nömrə nişanlı, “QAZ 2410” markalı minik avtomobilinin mühərrikində baş verən yanğın qısa vaxtda salona keçib. Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Maşın yanaraq yararsız hala düşüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.