19 Sentyabr 2024 20:04

Şəhid Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 12 iyul 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Eldar Bağır oğlu Şirinovun ad günü Çərəkə kənd Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatmasından söz açıb.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu qeyd edib.

Daha sonra mərasimdə Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov və şəhid ailələri çıxış edərək Eldar Şirinovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

Şəhid  Eldar Şirinovun doğum günü qeyd olundu-FOTOLAR

facebook sharing button
twitter sharing button
sharethis sharing button
whatsapp sharing button
vk sharing button
digg sharing button
tumblr sharing button
linkedin sharing button
messenger sharing button
odnoklassniki sharing button
yahoomail sharing button
gmail sharing button

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com