Azadsöz.az xəbər verir ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Şuşa, sən azadsan!” adlı 07 iyulda Göyçay rayon İcra Hakimiyyətinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan edilərək Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tanınmış müğənni Aydın Saninin solo konsert proqramı təqdim olunub və sonda atəşfəşanlığla tədbirə yekun vurulub.