Azadsöz.az xəbər verir ki, 5 iyulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirildiyi üçün rayon İcra nümayəndəliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən heyvanların antisanitar şəraitdə kütləvi kəsiminin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə nəzarət etmək, taxıl biçini ilə bağlı kəndlərdə müvafiq işlərin aparılması, taxıl zəmilərində və otlaq sahələrində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlərin görülməsi, ev təsərrüfatlarının uçotu işinin başa çatdırılması, uçot işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, müvəqqəti qaib şəxslər haqqında məlumatların bir daha dəqiqləşdirilməsi, nümayəndəlik ərazisində qeydiyyatsız yaşayanların uçota alınması, mövcud siyahıların dürüstləşdirilərək həftə sonuna kimi yekunlaşdırılması, kəndlərdə texnikaların sistemə işlənməsi və istifadə müddətin başa vurmuş texnikaların qeydiyyatdan çıxarılması, becərilən barama qurdlarının vaxtında təfil verilməsi, “Göyçay” qəzeti üçün nəzərdə tutulmuş abunəlik haqqının ödənilməsi, kəndlərdə su pulunun 01 avqusta kimi ödənilərək başa çatdırılması, şəhərin giriş hissəsində olan yük maşınlarının sürücülərinə nəzərdə tutulmuş qayda və tələblərə riayət etmələrinə nəzarət etmək və yol nişanlarının qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması, kəndlərdə qeyri-qanuni tikililərin qarşısının alınması, yol kənarlarında icazəsiz fəaliyyət göstərən obyekt sahiblərinə qarşı reydlərin keçirilməsi, məişət tullantılarının vaxtında toplanması və daşınması ilə bağlı məsələlərə toxunub.
Müşavirədə mövcud problemlərin və onların aradan qaldırılması ilə bağlı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə tapşırıqlar verilib.Görüləcək işlər təhlil olunaraq müzakirə olunub.