Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova Şuşada olub.
Şəhidimizin anası Şuşada olarkən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə “YAŞAT” Fonduna və İctimai Birliyə təşəkkürünü bildirib.
Xatırladaq ki, Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Şücaəti və əzmkarlığı ilə seçilən Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 30-da Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” medalları ilə təltif olunub.