Rayon İcra Hakimiyyətində müşavirə keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 28 iyun 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirilib.

Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək rayon ərazisində qeyri-qanuni tikililərin qarşısının alınması, ev təsərrüfatlarının uçotu işinin başa çatdırılması, uçot işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, müvəqqəti qaib şəxslər haqqında məlumatların bir daha dəqiqləşdirilməsi, nümayəndəlik ərazisində qeydiyyatsız yaşayanların uçota alınması, mövcud siyahıların dürüstləşdirilməsi, “Göyçay” qəzeti üçün nəzərdə tutulmuş abunəlik haqqının ödənilməsi, kəndlərdə texnikaların sistemə işlənməsi və istifadə müddətin başa vurmuş texnikaların qeydiyyatdan çıxarılması, taxıl biçini ilə bağlı kombaynların kəndlərə cəlb edərək iyulun 6-na kimi taxıl biçininin başa çatdırılması, becərilən barama qurdlarının vaxtında təfil verilməsi, məişət tullantılarının vaxtında toplanması və daşınması ilə bağlı məsələlərə toxunub.

Müşavirədə ev təsərrüfatlarında yaranmış mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən müəyyən işlərin aparıldığı bildirilib, becərilən barama qurdlarının vaxtında təfil verilməsi və taxıl biçinin vəziyyəti haqqında ətraflı məlumat verilib, şəhər və kəndlərin ərazisinin məişət tullantılarından təmizlənməsi, səliqə-səhman işlərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.