Azadsöz.az xəbər verir ki, meyxanaçı Rəşad Dağlının adından naməlum şəxslər sosial şəbəkələrdə saxta profillər açaraq pul qazanırlar.
Bu haqda Rəşad sosial şəbəkədə bildirib. Meyxanaçı insanları bu saxta profillərə aldanmamağa çağırıb:
“Salam əziz izləyicilərim. Adımızdan bir neçə tiktok səhifəsi açılıb. Bəziləri fan səhifə olsa da, bəziləri canlı yayım açıb, şəkilimdən istifadə edib izləyiciləri aldadırlar. Mənim tiktok profilim yoxdur. Belə saxta profillərə aldanmayın”.