26 Aprel 2024 17:08

Fərqliliyimiz Uğurumuzdur

Xalq şairi Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı oldu-FOTO

Azadsöz.az  xəbər verir ki, Xalq şairi, “Şərəf” və “İstiqlal” ordenli Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı olub.

Açılış mərasimində Mədəniyyət nazirliyinin nümayəndələri, bir sıra ictimaiyyət nümayəndələri, şair və yazıçılar iştirak edib.

Daha sonra tədbir iştirakçıları mərhum şair haqqında xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatına töhfələrini vurğulayıblar.

Qeyd edək ki, Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı oldu