Azadsöz.az xəbər verir ki, Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko klub sahibi ola bilər.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Keçmiş hücumçunun İtaliya C seriyasında çıxış edən “Peskara”nın səhmlərini almaq istədiyi bildirilib. Onun İtaliya konsorsiumu ilə birgə bunu etmək niyyətində olduğu qeyd olunub.
“Peskara” C seriyasının B qrupunda 5-cidir. Komanda yeni mövsümdən B seriyasında iştirak etməyə əsas namizədlərdəndir. Şevçenkonun bu gün “Peskara”nın C Seriyasında “Qubbio” ilə matçını stadiondan izləyəcəyi bildirilib.
Qeyd edək ki, Şevçenko son olaraq İtaliyanın “Genua” klubunu çalışdırıb.