Azadsöz.az Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasının birinci vitse-prezidenti vəzifəsindən istefa verib.J.Əhmədova artıq vəsiqəsini təhvil verib.
Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Deputat Jalə Əhmədova məlumatı təsdiq edib.