Azadsöz.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.
Bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti məlumat yayıb.
Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub:
“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik”,