“Ukraynanın şərqində və cənubunda Rusiya ilə müharibənin yeni dalğası başlayacaq, ən çətin döyüşlər olacaq”.
Azadsöz.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ən çətin döyüşlərdən biri olacaq. Sadəcə bir döyüş də olmayacaq. Biz düşünürük ki, bu müharibənin yeni dalğası olacaq. Biz hansı həcmdə texnikanın olacağını bilmirik, ancaq anlayırıq ki, indikindən dəfələrlə çox olacaq. Biz ölkəmizin şərqində və cənubunda hərbi texnikanın, hərbçilərin cəmləşməsini görürük. Düşmənin gedəcəyi, demək olar ki, bütün dəhlizləri anlayırıq. Onların nə etməyə hazırlaşdığını bilirik, anlayırıq ki, tab gətirə bilib-bilməyəcəyimiz bizə ediləcək köməkdən, xüsusən də ABŞ-ın hansı sürətlə bizə silah verməsindən asılı olacaq”, – deyə V.Zelenski qeyd edib.