23 Noyabr 2024 08:57

İnzibati Xətalar Məcəlləsində dəyişiklik oldu

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev  qanunu  imzalayıb. 

Dəyişikliyə əsasən, məcəlləyə 279.0.1-1 (qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına) maddəsi əlavə edilir. 

Bundan başqa, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Buna qədər həmin maddənin tələblərini pozan fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilirdi.

Bu Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul