16 Sentyabr 2024 22:57

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Azadsöz.az xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat  yayıb.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.

Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.