Azadsöz.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Baydenin Brüsseldə Aİ və NATO liderləri ilə görüşlərdən sonra Polşaya səfər etməsi gözlənilir.
Co Bayden və Polşa Prezidenti Anje Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.