19 May 2024 00:35

Göyçay sakini saxlanıldı-FOTO

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az-a verilən  məlumata  görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah daşımaqda şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Keçirilən əməliyyat  tədbir zamanı şəhər sakini, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Ramin Talıbov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş (obrez), atəşə yararlı tüfəng aşkarlanaraq götürülüb.

R.Talıbov ifadəsində odlu silahı bir neçə il əvvəl Göyçay çayının sahilindən tapdığını və yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb