Azadsöz.az UNİAN-a istinadən xəbər verir ki, Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Feysbukdakı məlumatında deyilir.
O cümlədən qeyd edilib ki, Kiyevin müdafiə komandanı – Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində – Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.
“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, – məlumatda deyilir.