19 May 2024 12:10

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib

Azadsöz.az  xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar “Müharibəyə son”, “Müharibəni dayandırın” və sairə kimi şüarlar səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.