17 May 2024 16:06

Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb

Azadsöz.az xəbər verir ki, martın 13-ə olan məlumata görə, Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib. “Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.