Azadsöz.az xəbər verir ki, Rusiya və Ukrayna arasında Brest vilayətindəki danışıqlar başa çatıb.
Görüş üç saata yaxın davam edib.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak danışıqların üçüncü raundunun nəticələri barədə məlumat verib.
“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var…Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib”, – Podolyak “Twitter”-də yazıb.