Azadsöz.az xəbər verir ki, Milli Məclisdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihə müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.