Azadsöz.az xəbər verir ki, Ukraynanın “Karpat” klubunun futbolçusu, 2-ci divizion təmsilçisinin üzvü 21 yaşlı üzvü Vitali Sapilo Rusiya qoşunları ilə döyüş zamanı həlak olub.
O,Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb. O, Kiyevin müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və daha sonra dünyasını dəyişib.
Qeyd edək ki, iki gün əvvəl 2-ci liqanın digər təmsilçisi “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.