“Fikrim Ukrayna xalqının yanındadır”.
Azadsöz.az xəbər verir ki, bu sözləri dünyaca məşhur aktyor Arnold Şvartsenegger “Facebook” səhifəsində yazıb.
“Məndən bir neçə müsahibə verməyi xahiş ediblər, lakin inanıram ki, media baş verənlərə, ürəyimizi parçalayan faciəyə və bizi ruhlandıran Ukrayna xalqının cəsarətinə diqqəti davam etdirməlidir.
Mən xarici siyasət eksperti deyiləm, ona görə də analiz etməyi özümdən ağıllılara buraxacağam. Mən müharibədən sonra işğal olunmuş ölkədə böyüməyin necə bir şey olduğunu bilirəm. Bilirəm ki, müharibədə və ondan sonrakı dövrdə heç kim qalib gəlmir. Hamı əziyyət çəkir.
Müharibədə yalnız məğlublar yox, qaliblər də əziyyət çəkir.
Mənim həm Ukraynalı, həm də rus dost və azarkeşlərim var. Anladığım qədəri ilə, heç biri bunu istəmir. Ümid edirəm ki, ağıllı qərar nəhayət qalib gələcək və çox həyat məhv olmamış bu lazımsız müharibəyə son qoyulacaq.
Bu müddətdə Ukrayna xalqının yanındayam. Dərdinizi və sülhlə bağlı ümidinizi bölüşürəm. Bu kabusun qarşısında mərdliyinizlə, insanlığınızla məni ruhlandırırsınız. Allah sizi qorusun”, – deyə o qeyd edib.