Azadsöz.az xəbər verir ki, fevralın 27-də rus tankları Buça istiqamətindən İrpen ərazisinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri onları şəhərdən çıxara bilib.
Bunu İrpenin meri Aleksandr Markuşin bildirib.
“Biz İrpini saxlayırıq! Bu gün İrpen 100% nəzarət altındadır”, – şəhər meri vurğulayıb.
O, yerli sakinlərdən evdə qalmağı xahiş edib. Belə ki, atışma davam edir. O qeyd edib ki, Ukrayna hərbçiləri üçün əlavə qüvvələr gəlib.