23 Noyabr 2024 08:43

Ukraynada idman yarışları ləğv edilir

Azadsöz.az  “sport.ua” saytına istinadən xəbər verir ki, Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət dövründə ölkədə bütün idman və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.

Müvafiq sərəncam gün ərzində veriləcək. Buna səbəb Ukrayna ilə Rusiya arasında mümkün müharibə təhlükəsidir.

Fövqəladə vəziyyət ən azı 30 gün qüvvədə olacaq. Ali Radanın bu gün prezident Vladimir Zelenskinin fərmanını ratifikasiya edəcəyi gözlənilir.

Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində ölkə ərazisində idman yarışları və təlim-məşq toplanışları olmayacaq. İddiaya görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul