16 Sentyabr 2024 23:23

Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer məlum oldu

Azadsöz.az xəbər verir ki, 84 yaşında vəfat edən  xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilovun dəfn olunacağı yer məlum  olub.

Bu barədə  Mədəniyyət Nazirliyi məlumat  yayıb.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.