Azadsöz.az xəbər verir ki, əməkdar artist Vəfa Zeynalova plastik əməliyyat etdirdiyini etiraf edib.
Aktrisa bu haqda “Şourum” proqramında danışıb. O bildirib ki, göz qapaqlarındakı artıq əti kəsdirib:
“Gözümdə etdirdim. Göz qapaqlarını götürmüşəm. Üzdə olan xanımam, yüzlərlə, minlərlə tamaşaçı məni izləyir. Ona görə də çalışıram hər zaman formada qalım. Süniliyi çox sevmirəm, lazım olanda xırda toxunuşlar edə bilərəm”.