Azadsöz.az xəbər verir ki, Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ramiz Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.