23 Noyabr 2024 00:52

Manaf Ağayevin keçdiyi polis postunda araşdırma başladı

Azadsöz.az xəbər verir ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı onun keçdiyi polis postunda yoxlamalara başlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar. Bu gün onlar barəsində 15 sutka həbs cəzası qərarı verilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul