27 İyul 2024 07:58

Azərbaycan millisi Ermənistanla eyni qrupa düşdü

Azadsöz.az xəbər verir ki, 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Belə  ki, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.

Qeyd edək ki, görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.